Wednesday, December 8, 2010

mən tanıdığım qaraçuxa


Mən Tanıdığım Qaraçuxa

Qavram‌ların çoxunu başa düٍşmək üçün, qavram‌ları iç elə‌mək gərkə‌li‌ dir. qavram‌ları yaşamamışdan düٍşünə bilmədiyimiz anlar olur. qavram‌lar çevrə‌ ilə ilgi‌ləndik‌də bizə çatır. insan özünü tanıdığından çevrə ilə ilgi‌lənir. ilgi‌lənən çağlarda qavram‌ları içə‌rir. qavram‌lar toplum‌larda da insanda yaranan kimi zaman boyu yoğrulub yaranırlar. toplum‌lar yaratdıq‌ları qavram‌ları nəsildən nəsilə çatdırırlar. ancaq bir toplumun yaşamında dönüş nüqtə‌si olan zaman‌lar da var. toplumun don dəyişən zamanların deyirəm. köçərilikdən oturmağa dönür. kəndlilikdən şəhərli‌yə dönür. ya da başqa toplum‌ların basqı‌sı altında qalır. bu dönəmlər bir toplum öz dəyərlərini saxlaya bilsə, gələ‌cək yaşam süٍrələrində hər bir nəyi yenidən tərif‌ləmək zorunda qalmaz. bu dönəm dəyişiklik‌ləri bir millətin yaradıcılıq ‌qaynağı sayıla bilər. hər bir millətin özünə ayid milli varlığı vardır. bu milli varlıq‌ları yaradan nəsnə‌lər dil, ayın düşüncə, dəb‌lər, keçmiş, inam, din, torpaq və . . . dırlar.

Azərbaycan millətinin dönüş dönəm‌ləri ardı-‌ardına gəldi. Millət yeni bir dönəmdə yerinə düٍşmə‌dən başqa dönəmə süٍrük‌ləndi. Deyə‌sən tarix Azərbaycanda min illərlə dayanmışdı. min il dayanan tarix birdən birə, göz qılpımın‌da keçildi. ona görə də bu dönəm dəyişik‌liklərdən nə‌ləri saxlayıb, nələri atıb, nə‌ləri yeni‌dən tərif‌ləmək‌lərinə imkan tapmadı. hər kim hər nə bilirdi elədi. Azərbaycanda yaradıcılq qaynağı olan yaşam dönüm‌ləri Azərbaycanın aydını özündən uzaq‌laşıb, dünya güٍndəmində olan siyasi düٍşüncə‌lərin ikinci dərəcə‌li yansıdı‌cı‌larına çevrildi. Azərbaycana heç nə qazanmadan Azərbaycanın milli varlıq‌larını unutmağa başladı.

Azərbaycanın dəyərli varlıq‌larından biri ayın-düٍşüncə‌si sayılır. Azərbaycanın ayın-düٍşüncə‌si özünü bu basqı‌larla görmə‌məzlik‌lərdən dilin gücü ilə saxlaya bildi. ayın‌-düٍşüncə‌mizdə yer alan çoxlu termin‌lər var. bu terminə‌lərdən nə qədər özlərini saxlaya bilə‌cək‌lər bəlli deyil.


Qaraçuxa ayın-‌düٍşüncə‌mizdə yeralan termin‌lərindən biri ‌dir. yadımda qalan " qaraçuxa " xalq mahnı‌larımızda ( ay qaraçuxa bozpapaq çıt‌paltarlı güٍl oğlan) oxunan qaraçuxa idi. o birləşik sözcüyü çözmək‌də onları bir - bir ayırıb, hərə‌sinin anlamın ayrı-ayrı bir yerə qoyub, beynimdə büٍtöv anlam oluşdururdum. qara çuxanı elə öyrəndiyim üçün çox fəxr eləyirdim. " Çuxa " çuxdan idi millətin ağzından çıxmışdı.


Qaraçuxaya fərqli baxmağım Nasir Mənzurinin " Qaraçuxa " rumanın‌dan qaynaqlandı. Qaraçuxa ana dilim‌də sayı az olan ruman‌ların birinin adı idi. qaraçuxanı oxuduğumda yadımda qalan kəndlərinə darıxan bir kişi‌ni qatardan kəndlərinə tək qaranlıq‌da getməyi idi. kəndə qatarla gedən kimsə, ilk olaraq qatar yolunun yanında yerləşən bir qəfə‌xana görür. sonra da qaranlıq‌da biri gəlib onla yolbir olur. keçmişdə beynində qalan bir karakter yolbirə verilir, sonra sürgündən, kəndin dağılmağından, öküzlərin hönkürməsindən, ilanların ölməyindən, ovsunçu, bir də qarqınmış bir kənddən söz gedilir. neçə dönə oxuyandan sonra qaraçuxanı başa düٍşmə‌dim desəm inanmazsiz, qaraçuxanın nə olduğunu deyirəm. yavaş-yavaş qaraçuxanı hər kəsdən soruşmağa başladım. mənə tay rumanı oxuyan‌ların damaq‌larında bir yaxşı yazı dadı varıdı. hər kəs mənə tay bir tərəfin başa düٍşmüşd, ancaq rumanı oxumuyan kimsə‌lərdən soruşduqda, çuxları keçmişdə qalmış dedikdə vaz keçirdilər. soruşulanların içində qaraçuxanı tanıy‌an‌lar da varıdı.


Qaraçuxa azərbaycanın çeşitli yerlərində necə görünürdü? görünürdü deyirəm ona görə ki yeni-yetmə‌lər büٍtünlüklə qaraçuxanı yadırqamışdılar. düٍzün soruşsan yadırqamamış‌dılar, qulaq‌larına dəymə‌mişdi, ömürlərində duymamışdılar( kəndə qindi vermh‌in şəhərli‌lər ). duyan‌lar da varıdı( kənədlilərdən). ancaq çoxları duymamış‌ olan‌lar kimi idilər( şəhərli‌lşmək istəyənlər, qubba-qubba çi ‌əst deyənlər). qaraçuxa qulaq‌larına dəymiş olsaydı da onu düٍnən‌lərdə qalan görüb, gələcək‌də gərək‌liyi olmadığını düٍşünürdülər (zəmi yox , əkin yox , torpaq yox).


Qaraçuxa rumanın sonralar oxuduqda da qaraçuxanı başa düٍşdüyümü inanırdım. mənim bu şansım varıdı qaraçuxa rumanını yazanı, yaxından tanıyırdım. daha doğrusu o öyrətmənim ‌idi, öyrdilən qonu da qaraçuxaya tay Azərbaycanın ayın-düٍşüncə‌si ilə dili idi. bunun‌la belə qaraçuxanı fərqli yerlərdən öyrənməyə çalışdım. öyrətmən‌lərim kənədlərdə olan yaşlı adam‌lar, kəndi yaşayan kimsə‌lər oldu. qaraçuxanı hər yerdə tanı‌yırdılar demək! təkcə tanımıyan mən idim. tanıy‌an‌lar qaraçuxadan aldıq‌larını deyirdirlər.


Sulduzda əkinçi‌lər qaraçuxanı ilan kimi görürdülər, zəmi‌lərində yuva salıb, yerin, torpağın, əkinin, əkinçi‌nin qaraçuxa‌sı olurdu. o əkin‌ləri hər nədən qoruyurdu. qaraçuxa rumanın‌da ilan‌ların birlikdə uçuruma getmək‌ləri deyilir, olmuya bu torpaq‌ların qaraçuxa‌ları birlikdə özlərini öldürüb‌lər? onu bilmə‌dim də soruşmadım da, onda elə baxmırdım.

Xoylular‌ qaraçuxanı insan‌ formasında insan özü olmuyan yerdə onun varlığından yiyə‌lənən kimi tan‌ıyırdılar. Xoyda tanınan qaraçuxa, qaraçuxası olan insanın öz gözünə görsənməz. qaraçuxada ilqar əmi ravi‌nin gözünə görsənir. ilqar əmi bir elin qaraçuxası‌dı demək. el sürgün düşəndən sonra da elin varlığını qoruyur. elin varlığını o dağ-dərə‌lər içində qoruyur. hər kəs getsə‌də o elin qaraçuxası oyaqdı demək.



Azərbaycanın başa-başında qaraçuxanı tanı‌yırdılar, mən qaraçuxanı elə bilirəm indi başa düٍşürəm, bilmirəm bəlkə artıq öyrəndikdə indikı bildi‌yimi bilmədiyim biləm.

Qaraçuxa rumanın‌da qaraçuxa hər kəsin gözünə görnsənməz kimi göstərilir. ancaq ravinin gözünə görsənir. ravi özünü eldən ayrılmış( sürgün düşmüş ), ancaq üٍrəyi elində qalan kimi tanıdır. bəlkə də ravi qaraçuxalığı boynuna götürür.

2010/oct/6

Abbas Naimi(abbas nəimi)



Friday, July 16, 2010

ikilik (dualism)

İkilik adamın yaranışından başlanıb. dünyada bir kişi, bir dişi ilə (adam, hava) başlanır. doğada hər nəyin eşini tapa bilirik. heç bir şey tək yaranmır. ikiliklər bir-birlərilə savaşmağa da başlayırlar. bu savaş habil lə qabildən başlanır. ekizlər ananın qarnında, tez dünyaya gəlmək üçün bir birilə savaşırlar. Dünyaya gəlmək üçün yeri gələndə ananın qarnın da yırtırlar.


Bu ikiliyi Asim Ərdəbili Azərbaycanlı şair belə təsvirə çəkib:
neynəmək qurqu bu cur dır
fələyin nəzmi əzəldən, olub əzdad ilə bağlı
qərəsiz ağlar olanmaz, dərəsiz dağlar olanmaz
gərək hər bir gözələ bir dənə çirkin də yaransın. (qanli səhər kitbi)

İki yönlülük dünyanın problemlərinin çözməyinə, yol verir. İki yönlülük iki işləmliyi(binary operator) araya gətirir. Bilim bu günkü gəlişməsində yavaş yavaş bu iki işləmliyi tanımağa başlıyır. iki yönlülük ayın düşüncənin təməli olaraq özünü bilim adamlarının üzünə çəkir.

Sunday, June 13, 2010

ayın düşüncənin özəllikləri

Ayın düşüncəni bəlləndirən özəlliklər:
Ikilik: ingilizcədə dualism adlanır, hər nəyin iki yönlüyün bildirir.
Tarixi: diachronic anlamında işlənir. bir kültür, dil arxasında tarix dayandığını bəlləndirir.
Eşzamanlıq: synchronik anlamında işlənilir, bir olayın(hadisənin) eyni zamanda üzverə biləcəyin bildirir
Qatmanlıq: complex liyə deyilir, bir hadisəni öyrənmək üçün onda olan qatmanlığı tapmalıyıq.

ayın düşüncə

Ayın düşüncə(mythical thought)

İnsanların zaman boyu mitlərə tapınıb onlardan alınan dünya görüşləri, yaşam tərzlərinə Ayın Düşüncə deyilir. doğadan alınan bilgilərə ayın düşüncə adlandırırlar. insan doğayla ilgiləndikdə onu tanıma başladığı zaman, hər bir şeyi, olayı komplex görür. hər kəs öz açısından olayları çözməyə başlıyır. bir olayın çeşitli yönlərin nəzərə alaraq fərqli yorumlarla yorulur. zaman boyunca fərqli donlar artırılır. ona görə də indi baxanda onları başa düşmək çox çətin olur. bəlkə də faydasız, gərəksiz bilək.
Azərbaycanda "ayın düşüncə" deyilyin nədəni Azərbaycanın mitolojisinin binövrəsini quran gizli ay dır.

Saturday, June 12, 2010

əslı-kərəm

Aslı-kərəm

Azərbaycan mərkəzli olaraq geniş yayılan bu əfsanə insanin yaranışın təsvirə çəkir. Aslı-kərəmin analarının necə boylu olmaqları, qızıl almanın iki yerə bölünüb iki ayilənin hayatın davamlandıran simbolu kimi rol oynadığı, onların qadağan, sonsuz, əbədi və yandırıcı sevgilərinin hikayəsidir. Aslı-kərəm xeyrlə şərin savaşıdır . Aslı-kərəmin çeşitli xalqaların içində çeşitli varyantları var. aslı-kərəm arasında yaranan sevgi əbədi və tikrarlanan bir sevgi dir. Aslı ilə kərəm bir-birlərinə yetişdikdə alovlanıb yanırlar. onkarın yandığı yerdən bir gül çıxır, iki çiçəyi olur, iki çiçək bir-birinə yetişdikdə yanırlar. bu sevgini biz günlə ay arasında da görürük. daha doğrusu bu mifdə yaranan görüş doğadan(təbiət) alınmışdır. Qara Məlik aslının atası şər karakterini daşıyır.

Wednesday, June 9, 2010

Dirsəxan oğlu Boğac

Dirsəxan oğlu Boğac
Bayındırxan Göyxanın oğlu hokm elir çadırları açalar, çadırlar 3 rəngdə açılır; ağ çadırlar oğlanarı olanlara, qırmızı çadırlar qızları olanlara, qara çadırlar da sonsuzlara. Qara çadırda yerləşənlərə də qara qoyunların ətlərindən şorba verilməli olur. Dirsəxan Bayındırxanın qonaqlığın qəbul eləmiyib arvadının yanına gəlir uşaqları olmadıqlarından gileylənir. Onların bir oğlan uşaqları olur, çox zorlumuş, boğanı kəlləsindən yapışıb dayandırıb, yerə vurmağına görə dədə qorqud ona boğac adı verir. Dədənin 40 döyüşçüsü varıdı. Boğac adlanan sonra ona gicikləri gəlib, boğacı dədənin gözündən salmaq istədilər. Ova çıxdıqda boğacın öldürmək planını dədə bilmədən töküb, boğacı vırdırdılar. Ana, boğac gəlmədikdə dalısıca düşüb, quzğunların bir yerə toplanan yerdən oğlunun yaralı tapıb, dədəyə demədən onu sağaldır. Dirsəxan oğlunun yaşamağını bilmir. Savaşçılar boğacın sağ olduğunu bildikdə qurğularının dirsəxana bilindiyindən qorxub, dirsəxana saldırıb, əl ayağını bağlıyıb şeytan ölkəsinə aparırlar. Boğac bildikdə, gedir dədəsini qurtarmağa, 40 savaşçı dədəni oğlun savaşına yolluyurlar, dədə öz oğlunun öldürməyin bildirməklə bir daha bir gəncin qanın axıtmağının nədəni olmamağın bildirir. Oğul onu eşitdikdə özünü tanıtdırıb evləri ilə atasının 40 xainin əlindən qurtarmağını söylüyür. atasını qurtarıb, dədəqorqud gəlib öyüt verir.

Monday, June 7, 2010

Dədə qorqud boyları

Dədə qorqud boyları bunlardılar:

1- Dirsəxan oğlu buğac
2- Salurqazanın evinini yığmalandığı gün
3- Bay Börənin oğlu Bamsı beyrək bozat yiyəsi
4- Qazan bəyin oğlu uruz bəyin dustaq olduğu boy
5- Doxa qoca oğlu dəli Domrul
6- Qanlı qoca oğlu Qantoralı
7- Qazılıq qoca oğlu Yenik bəy
8-Basatın Təpə gözü öldürməsi
9- Bəkil oğlu Imran
10- Uşun qoca oğlu Səyrək
11- Salur qazanın dostaq olduğu və oğlu uruzun onu qurtarması
12- Iç uğuza dış uğuzun dönük çıxması və Beyrəgin öldüyü

Dədə Qorqud

Dədə qorqud
Dədə Qorquda oğuznamənin axını demək olur. Dədə qorqudun olayları oğuznamənin olaylarindan sonra üz verir. Burda olan şəxslər oğuznamədə olanların törəmələrinə ayid dirlər. Oğuznamənin axarında olaraq Azərbaycan ayın düşüncəsinin açarı kimi işliyir.
dədə qorqud 12 boydan oluşur, hər bobyun özünə özəl çizgisi var, boyların arasında ortaq olaraq, dədə qorqud olmağı və qopuzla söz söyləmələri dir. Dədə qorqud olayların sonunda gəlib yol göstərmələri, iyitlərin boylarına oxşamaları, ad vermələri və oğuz ellərinin birliyə çağırmaları olur. Boylar çeşitli zamanlarda oluşublar. Zaman sürəcində boylara artırılıb, ona görə də boylarda çeşiti qonularala üzləşirik. Daha doğrusu dədə qorqud boyları gərəkilənləri zaman boyu içinə alıb. dədə qorqud da insanin yaranışından sonrakı dövrələrdən iz görmək olur. daha doğrusu oğuznamə yaranışla ilgili, dədə qorqud isə yaşayışla ilgilidir.

Manas

Manas dəstani:

Türk ədəbiyat Tarixinin ən uzun destanı olan Manas Dəstanında, daha kiçik yaşdan qəhrəman olacağı bilinən qırgız Manas'ın hikayəsi anladılmaqdadır. Manasın yoldaşları tərəfindən ihanətə uğradılıp öldürüldüyü söylənir. Məzarı başında ağlayan heyvanlar Manas'a ağı deyərlər ve göktanrı acıyaraq Manas'ı dirildər. Manas da öna xiyanət edən dostlarının peşinə düşər.

Monday, May 31, 2010

oğuznamə

Oğuznamə

Bu dəstan bir türk xaqanı olan Oğuz'un hikayələrini anladır. doğumundan ölümünə, və devləti oğullarına paylaşdığına dək geçən dəstanda, Oğuz'un arvadlarıla tanışması, oğullarının doğumu, savaşları görünür.
Oğuznamə Azərbaycanın ayındüşüncəsinin açarı deməkdir.
Oğuzun ilk evlənməyi günəşin saçdığı işiqdan çıxan bir qadınla olur. Onların evləndiklərindən 3 oğulları olur. Oğullar bunlardılar: günxan, ayxan, ulduzxan.
Oğuzun ikinci evlənməyi su içində bitən bir ağacdan çıxan qadınla olur. Bu evlilikdən də 3 oğulu olur: göyxan, dağxan, dənizxan

Saturday, May 29, 2010

Ərgənəkon

Ərgənəkon

Türklər böyük bir yenilgiyə uğradıkdan sonra çadırlarını toplayıp köçərlər. Tanrinin göndərdiyi qutsal bir qurd Türklərə rəhbərlik edir ve onları verimli torpaqları olan, çevrəsi dağlarla qomarılanan böyük bir arana götürər. bir sürədən sonra Türklər bu arana sığmaz olurlar. bu dönə bir qurt onlara etraflarını çevirən dağlardan birisinin madenden oluşduğunu göstərir və dəmircilər bu dağı əridirlər. xalq arandan çıkıb ve tekrar bozqırların egəmənliyini ələ keçirdiklərini bozqır halkların hamısına duyururlar. Bu günə yenigün(nevruz) adı verilir.

Asena

Asena

Bilinən ən əski Türk əfsanəsi, (Asena) Tüm Türk xalqlarında çeşitli şəkildə yayqındır. əfsanəyə görə Türklər düşmanları tərəfındən bütünlüklə yox edilirlər. Sadece qolları və bacaqları kəsilmiş erkək uşaq hayatta qalır. Tarının göndərdiyi qutsal bir dişi qurd uşağı bəslər büyüdür ve qorur. qurd çocuqdan boylu olub, on uşaq doğar. Bu on çocuk gələcək Türk topluluqların hükümdarlarıdır.
آسئنا
بيلينن ان اسکي تورک افسانه سي(آسئنا)، توم تورک خالقلاريندا چئشيتلي شکيلده يايقيندير. افسانه يه گؤره تورکلر دوشمانلاري طرفيندن بوتونلوکله يوخ ائديليرلر. سادئجئ قوللاري و باجاقلاري کسيلميش ائرکک اوشاق حاياتتا قالير. تاري نين گؤندرديگي قوتسال بير ديشي قورد اوشاغي بسلر بويودوب قورور. قورد چوجوقدان بويلو اولوب، اون اوشاق دونیایا گتیریر. بو اون چوجوک گله جک تورک توپلولوقلارين حوکومدارلاری اولورلار .

Friday, May 7, 2010

mit, mif, myth

myth sözcüyünün yerinə azərbaycan cümhüriyyətində mif işlənilir, yani "th"-i "f" kibi deyirlər. bu demək rus dilinin etgisinin altında olub. türkiyə cümhüriyyətində də "th"-i "t" deyirlər. iki yerdə də "th" səsi düz deyilmir. ancaq "t" deyildikdə o səsin çıxan yerinə yaxın deyilir səs oluşan yer dilin ucu la iki dişin dəyən yeri olur. burda mit işlətdiyim də bundan asılı dır.

میف، میت، میث
"myth" سؤزجویونون یئرینه قوزئی آذربایجاندا میف ایشلنیلیر. یانی "th" حرفینی "f" کیمی دئییرلر. بو دئمک روس دیلینین ائتگی‌سینین آلتیندا اولوب. تورکیه‌ده ایسه "t" دئییرلر. ایکی یئرده ده "th" سسینی دوز ایشلتمیرلر. بو سس ایندیلیک‌ده بیزیم دیلیمیزده یوخ‌دیر. آنجاق "th" سسینین اولوشان یئرینی نظرده آلساق "t" دئییلدیکده اولوشان یئره یاخین اولور. بوردا میت ایشلتدی‌یییم اوندان آسیلی‌ دیر.

türklərin çox tanınmış mitləri

Türklərin Tanınmış MİtlƏRİ:
1- asena (aşına)
2- ərgənə kon
3- oğuz
4- manas
5- dədəqorqud
6- aslı-kərəm
7- qırx qız
8- yaradılış
9- goçstanı
10- kor oğlu

yuxarıda gələn adlardan başqa türklərə ayid mitlər də var. genelliklə yayılan mitlər yuxarıdakıları ad aparmaq olar. onların birraları türk yaşayan yerlərdə başqa millətlərinarasında yayılıb. bəziləribir xas yerdə çoxnimsəlinib. manas la qırx qız mitirqızların arasında çoxnimsələnib. aslı-kərəm lə kor oğlu başqa millətlərinarasında yayılıb və mənimsəlinib.

Türklərin Tanınmış MİtlƏRİ: 1- asena (aşına) 2- ərgənə kon 3- oğuz 4- manas 5- dədəqorqud 6- aslı-kərəm 7- qırx qız 8- yaradılış 9- goçstanı 10- kor oğlu yuxarıda gələn adlardan başqa türklərə ayid mitlər də var. genelliklə yayılan mitlər yuxarıdakıları ad aparmaq olar. onların birraları türk yaşayan yerlərdə başqa millətlərinarasında yayılıb. bəziləribir xas yerdə çoxnimsəlinib. manas la qırx qız mitirqızların arasında çoxnimsələnib. aslı-kərəm lə kor oğlu başqa millətlərinarasında yayılıb və mənimsəlinib.

تورکلرین تانینمیش میف‌لری:
آسئنا
ارگنه‌گون
اوغوز
ماناس
دده قورقود
آسلی-کرم
قیرخ قیز
یارادیلیش
قوچ داستانی
کوراوغلو
یوخاریدا آد آپاردیغیمیزلاردان دا باشقا تورک‌لره عایید میف‌لر ده واردیر. گئنل‌لیکله یاییلان میف‌لر یوخاریدا آد آپاردیق‌لاریمیز دیر. تورک‌لره عایید میف‌لرین بیر سیرالاری باشقا میللت‌لرین آراسیندا دا یاییلیب. اصلی-کرم ایله کوراوغلو بؤلگه‌ده اولان بوتون میللت‌لره
یاییلیب‌ و منیمسه‌لینیب‌دیر.

Monday, May 3, 2010

mitoloji (söyləncəbilim)

mitoloji (söyləncəbilim) qavramınında sözlük anlamı, ayınlarən yer, zaman ya da qonu baxımdan toplandığı quruplardan hərbiri. İkinci anlamı isə mitləri incəleyən bilim dalıdır.
Mitolojilər genəl olaraq dini, ruhani ve evrənin ya da xalqların oluşumu (yaradılış ve quruluş ayınları) kibi qonuları danışır.

Dunyada hər xalqın özünə özəl mitləri vardır. Mitlərin aralarında da bənzərliklər, fərqliklər vardır. Dünya xalqlarının içində mitləri çox tanınmışlar bunlardılar: Yunan, Rum, Misir, Çin, Türk.

میتولوژی( سؤیلنجه بیلیم) قاورامیندا سؤزلوک آنلامی؛ آیین‌لارین یئر، زامان یا دا قونو باخیمیندان توپلاندیغی قوروپ‌لاردان هر بیری، ایکینجی آنلامی ایسه میتلری اینجه‌له‌ین بیلیم آدی ‌دیر.
میتولوژی گئنل اولاراق دینی، روحانی و ائوره‌نین یا دا خالقلارین اولوشومو(یارادیلیش‌لا قورولوش آیین‌لاری) کیمی قونولاری دانیشیر.
دونیادا هر خالقین اؤزونه اؤزل میف‌لری وار دیر. میف‌لرین آرالاریندا دا بنزرلیک‌لر، فرقلیک‌لر وار دیر. دونیا خالقلارینین ایچینده میف‌لری چوخ تانینمیش‌لار بونلاردیرلار: یونان، روم، میصیر، چین، تورک.

myth nədir?

sözlükdə anlamı, dinlə ya da qəhrəmanlıqlarla ilgili olan toplumun gələnək ve görənəklərinə göre ağızdan ağıza ulaşdırılıb zaman içində dəyişiklik göstərən söyləncələr anlamındadır.

Mitlər genəl olaraq çox tanrılı dönəmləri,olağan üstü qəhramanlıqları ve olayları qonu alır.

میف ندیر؟
سؤزلوکده آنلامی دینله یا دا قهرمانلیق‌لارلا ایلگی‌لی اولان توپلومون گله‌نک و گؤرنک‌لرینه گؤره آغیزدان آغیزا اولاشدیریلیب زامان سوره‌سینده دییشیک‌لیک گؤسترن سؤیلنجه‌لر آنلامیندا دیر.
میف‌لر گئنل اولاراق چوخ تانریلی دؤنملری اولاغان اوستو قهرمانلیق‌لارلا اولای‌لاری قونو آلیر.