Sunday, June 13, 2010

ayın düşüncənin özəllikləri

Ayın düşüncəni bəlləndirən özəlliklər:
Ikilik: ingilizcədə dualism adlanır, hər nəyin iki yönlüyün bildirir.
Tarixi: diachronic anlamında işlənir. bir kültür, dil arxasında tarix dayandığını bəlləndirir.
Eşzamanlıq: synchronik anlamında işlənilir, bir olayın(hadisənin) eyni zamanda üzverə biləcəyin bildirir
Qatmanlıq: complex liyə deyilir, bir hadisəni öyrənmək üçün onda olan qatmanlığı tapmalıyıq.

ayın düşüncə

Ayın düşüncə(mythical thought)

İnsanların zaman boyu mitlərə tapınıb onlardan alınan dünya görüşləri, yaşam tərzlərinə Ayın Düşüncə deyilir. doğadan alınan bilgilərə ayın düşüncə adlandırırlar. insan doğayla ilgiləndikdə onu tanıma başladığı zaman, hər bir şeyi, olayı komplex görür. hər kəs öz açısından olayları çözməyə başlıyır. bir olayın çeşitli yönlərin nəzərə alaraq fərqli yorumlarla yorulur. zaman boyunca fərqli donlar artırılır. ona görə də indi baxanda onları başa düşmək çox çətin olur. bəlkə də faydasız, gərəksiz bilək.
Azərbaycanda "ayın düşüncə" deyilyin nədəni Azərbaycanın mitolojisinin binövrəsini quran gizli ay dır.

Saturday, June 12, 2010

əslı-kərəm

Aslı-kərəm

Azərbaycan mərkəzli olaraq geniş yayılan bu əfsanə insanin yaranışın təsvirə çəkir. Aslı-kərəmin analarının necə boylu olmaqları, qızıl almanın iki yerə bölünüb iki ayilənin hayatın davamlandıran simbolu kimi rol oynadığı, onların qadağan, sonsuz, əbədi və yandırıcı sevgilərinin hikayəsidir. Aslı-kərəm xeyrlə şərin savaşıdır . Aslı-kərəmin çeşitli xalqaların içində çeşitli varyantları var. aslı-kərəm arasında yaranan sevgi əbədi və tikrarlanan bir sevgi dir. Aslı ilə kərəm bir-birlərinə yetişdikdə alovlanıb yanırlar. onkarın yandığı yerdən bir gül çıxır, iki çiçəyi olur, iki çiçək bir-birinə yetişdikdə yanırlar. bu sevgini biz günlə ay arasında da görürük. daha doğrusu bu mifdə yaranan görüş doğadan(təbiət) alınmışdır. Qara Məlik aslının atası şər karakterini daşıyır.

Wednesday, June 9, 2010

Dirsəxan oğlu Boğac

Dirsəxan oğlu Boğac
Bayındırxan Göyxanın oğlu hokm elir çadırları açalar, çadırlar 3 rəngdə açılır; ağ çadırlar oğlanarı olanlara, qırmızı çadırlar qızları olanlara, qara çadırlar da sonsuzlara. Qara çadırda yerləşənlərə də qara qoyunların ətlərindən şorba verilməli olur. Dirsəxan Bayındırxanın qonaqlığın qəbul eləmiyib arvadının yanına gəlir uşaqları olmadıqlarından gileylənir. Onların bir oğlan uşaqları olur, çox zorlumuş, boğanı kəlləsindən yapışıb dayandırıb, yerə vurmağına görə dədə qorqud ona boğac adı verir. Dədənin 40 döyüşçüsü varıdı. Boğac adlanan sonra ona gicikləri gəlib, boğacı dədənin gözündən salmaq istədilər. Ova çıxdıqda boğacın öldürmək planını dədə bilmədən töküb, boğacı vırdırdılar. Ana, boğac gəlmədikdə dalısıca düşüb, quzğunların bir yerə toplanan yerdən oğlunun yaralı tapıb, dədəyə demədən onu sağaldır. Dirsəxan oğlunun yaşamağını bilmir. Savaşçılar boğacın sağ olduğunu bildikdə qurğularının dirsəxana bilindiyindən qorxub, dirsəxana saldırıb, əl ayağını bağlıyıb şeytan ölkəsinə aparırlar. Boğac bildikdə, gedir dədəsini qurtarmağa, 40 savaşçı dədəni oğlun savaşına yolluyurlar, dədə öz oğlunun öldürməyin bildirməklə bir daha bir gəncin qanın axıtmağının nədəni olmamağın bildirir. Oğul onu eşitdikdə özünü tanıtdırıb evləri ilə atasının 40 xainin əlindən qurtarmağını söylüyür. atasını qurtarıb, dədəqorqud gəlib öyüt verir.

Monday, June 7, 2010

Dədə qorqud boyları

Dədə qorqud boyları bunlardılar:

1- Dirsəxan oğlu buğac
2- Salurqazanın evinini yığmalandığı gün
3- Bay Börənin oğlu Bamsı beyrək bozat yiyəsi
4- Qazan bəyin oğlu uruz bəyin dustaq olduğu boy
5- Doxa qoca oğlu dəli Domrul
6- Qanlı qoca oğlu Qantoralı
7- Qazılıq qoca oğlu Yenik bəy
8-Basatın Təpə gözü öldürməsi
9- Bəkil oğlu Imran
10- Uşun qoca oğlu Səyrək
11- Salur qazanın dostaq olduğu və oğlu uruzun onu qurtarması
12- Iç uğuza dış uğuzun dönük çıxması və Beyrəgin öldüyü

Dədə Qorqud

Dədə qorqud
Dədə Qorquda oğuznamənin axını demək olur. Dədə qorqudun olayları oğuznamənin olaylarindan sonra üz verir. Burda olan şəxslər oğuznamədə olanların törəmələrinə ayid dirlər. Oğuznamənin axarında olaraq Azərbaycan ayın düşüncəsinin açarı kimi işliyir.
dədə qorqud 12 boydan oluşur, hər bobyun özünə özəl çizgisi var, boyların arasında ortaq olaraq, dədə qorqud olmağı və qopuzla söz söyləmələri dir. Dədə qorqud olayların sonunda gəlib yol göstərmələri, iyitlərin boylarına oxşamaları, ad vermələri və oğuz ellərinin birliyə çağırmaları olur. Boylar çeşitli zamanlarda oluşublar. Zaman sürəcində boylara artırılıb, ona görə də boylarda çeşiti qonularala üzləşirik. Daha doğrusu dədə qorqud boyları gərəkilənləri zaman boyu içinə alıb. dədə qorqud da insanin yaranışından sonrakı dövrələrdən iz görmək olur. daha doğrusu oğuznamə yaranışla ilgili, dədə qorqud isə yaşayışla ilgilidir.

Manas

Manas dəstani:

Türk ədəbiyat Tarixinin ən uzun destanı olan Manas Dəstanında, daha kiçik yaşdan qəhrəman olacağı bilinən qırgız Manas'ın hikayəsi anladılmaqdadır. Manasın yoldaşları tərəfindən ihanətə uğradılıp öldürüldüyü söylənir. Məzarı başında ağlayan heyvanlar Manas'a ağı deyərlər ve göktanrı acıyaraq Manas'ı dirildər. Manas da öna xiyanət edən dostlarının peşinə düşər.