Saturday, October 22, 2011

Sonay ; Əbədi Tikrarlanan Sevgi Günü



Sonay ; Əbədi Tikrarlanan Sevgi Günü

"Ay", əsgi dünyanın tanrılarından biri sayılır. bu üzdən insanla ilgili olan hər bir yaradıcılıqla varlıqda "ay"-in güclü yeri vardır. başqa yerlərə tay, Azərbaycan da ayı mənimsəyib, ayındüşüncəsi (mythical thought)-nin təməlinə çevirib. ay, gizlərin qaynağı olaraq Azərbaycanın adında gizli yaşayır. "ay" sözcüyü "Azərbaycan" sözünün anların çoxunda görünür. "ay", "gün" olmayan çağlar, yeri süt kimi ışıqlandırır. ay olmayan gecələr , qara zülümat hər yeri basır. ay ışığı gündən alıb, özünü ışığa bürüyüb yerdəkilərə sərgiləyir. insanların dünya görüşlərini oluşduran alt yapılardan biri olub, əvvəllər tanrı qılığına girib, adamları dizə çökdürən ay, insanın düşüncəsi gəlişdikcə, yerini dəyişib tanrılıqdan uzaqlaşıb, dəblərdə yerini tapıb, yaşayır.

"Gün" də aya tay, əsgi dünyanın tanrılarından sayılır. "ışıq" gün ilə anlam tapır. qaranlıqdan qurtulmağa "gün" gərkli dir. "ay" belə "gün" olmadan aylığını itirir. "gün" təkcə ışıq yox bəlkə istilik qaynağıdır. gecə gündüzü iki yerə bölsək, gündüz günə pay olub, gecə aya pay olsa, günün gecədə də payı olmalıdır. bu avandlıqda bir söyləyiş təkcə günə yaraşır.

Ayla günün bir cinsdən olmağı Azərbaycanın ayın düşüncəsində vurğulanıb. Mirəli Seyidof "Azərbaycan xalqının soy kökünü düşünərkən" kitabında ışığın quyunun dibindən olan qaranlıqdan qaynaqlanıb, qaranlıqla birgə, dünyada olan hər bir nəyə tay, ikilik yaratdıqlarını bildirir. Seyidof kitabın başqa yerində günxan , ayxan, ulduzxanı göydən gələn bir ışıqdan çıxan xanımla oğuzxanın evləndiklərindən yarandıqlarını vurğuluyur.

Dəbləri saymağa duranda, var olan hər bir dəbdə "gün" ilə "ay" ışıldayırlar. "gün" ilə "ay " adlarını zamanın bölmələrinə veriblər. "gün"; bir gecə ilə bir gündüzdən oluşan bir vahidə, "ay" isə otuz gecə ilə otuz gündüzdən oluşan bir vahidə deyilir. belə bir bölünməyi vurğulamaq nədəni o ikisinin önəmlərini görstmək di. insan özünü cüt gördüyü üçün, çevrədə olan varlıqlara cüt axtarıb, təkliyi təkcə yaradan tanrıda görür. "gün" üçün bir cüt axtaran insan, aydan başqa heç nə tapmır. Azərbaycanın ayın düşüncəsində günə qadın, aya isə kişi kimliyi verilib. onlar bir-birlərini bütövləndirib, gecə gündüzü yaradırlar.

Azərbaycanda olan gün münasibətlərinin çoxu doğa yapılı olubdır. doğa yapılı olmayanlar, Azərbaycanlılar müsəlman olduqdan sonra olubdur. doğa yapılı münasibətlərin içində "Sonay" olayı günlə ayın durumlarından yaranır.

"Sonay" olayını ustad Nasir Mənzuri "avava" kitabıla "dilmac" dərgisinin otüzdördüncü sayısında açıqlayıb. ustad Mənzuri-nin açıqlamasınin çevirməsi belə olur:

« "Sonay", "son ay" ya "ayın sonu" anlamında, burda isə yay fəslinin son ayında, ayın bütünlşmək durumunda olan durumudur.

Bu batı ölkələrində olan elə "Harvest Moon" (zumar ayı) dir ki güz e`tidalına lap yaxın olan zamanda yaranar. sonay; əkinlərin yiğişdirib, başları aynayan əkinçilərin, "ayın-şayınlıq" günlərində olur.

İndi niyə bu ayla bu olay bu qədər önəmli dir?

Hamımızın bildiyi kimi, yayın başlanan günü lap çəkilib ozanan gün olur. belə bir durum qişin başlanan gecəsində yanı "çillə" gecəsində də olur. ancaq yaz (bahar)la payızın başlanış günlərində gecə ilə gündüzün uzunluqları bir olur. (bahar e`tidalı , payız e`tıdalı) . e`tidalı durumlarda ( e`tidal günlərinə nə qədər yaxın olsa, çox olur ) ay ondördüncü gecəsində olduğu vaqt, günə görə 180 dərəcəli bir vəziyətdə olur. günün çıxmağı ilə ayın batmağı ha belə ayın çıxmağı la günün batmağı bir anda olur. bünün anlamı bu demək dir ; bütöv ayla gün , çox qısa olaraq, neçə anlıq üz-üzə baxırlar.

Bu olay ildə iki yol -bahar e`tidalı , payız e`tidalı- olur. ancaq o durumu görmək imkanı hər yerdə olmur. bu olayı yer ilə ayın dulanmaq nədəni ilə yerin xas yerində lap yaxşı görmək olar. azaraq üz vern belənçi olay, əbədi və üstürələşmiş bir sevgiyə nədən olub. elə bil onlar heç zaman bir-birlərinə çatmayacaqlar.

Nasir Mənzuri yazır: mənim araşdırmalarımda "Əsli-Kərəm" nağılı bu ayın düşüncənin təmsilidir, ona görə də onlar bir-birlərinə yetişəndə, "Kərəm" alavlanıb, "Əsli" də dalısıca yanır.

Bu qaynaqdan çoxlu sözlər yaranır.

Dedik ki, əkin yığışandan sonra ayın-şayınlıq çağı yetişir. bu dövran yetişməsi "Sonay" olayı ilə bir zamanda olur. gecələr eşiyə çıxıb, aylı gecələrin özəl oyunlarını oynuyurlar. yazının ardında Mənzuri bu günlərdən yaranmış sözləri gətirir. »

Sözlərdən örnək olaraq bir neçə si bunlardılar:

Avava (əli ağıza vurmaq la yaranan çağırış səsi), ay (on dörd yaşlığına yetirən çağ günün dalısıca gəzib, bir an onu görür. bu əbədi sevgini bir başqa sonaya dək və ondan sonrakı anlara dək ayrılıqla keçirdirlər. bu üzdən "Əsli" ilə "Kərəm" qucaldıqdan sonra ondörd yaşa qayıdırlar.), aya ( Sümer mifində "Otu" - nün əri dir), ayaz ( soyuq günlərin saf və soyuq gecəsi), ayırd ( bəlirlənmiş ), şayırd, ayna, az ( xoş tale` ), əlin aynasına baxmaq, azlı (aslı, əsli ), azlan ( aslan ), bayram, bəzrəm, baz (baz , vürğün), ay şay ( qəşəng qəşəng zadlar), şay bay (şayiə), şayırd, ayla (hala), halay (hilal), ayın (myth, mythical), ayın-oyun, ayın-şayın, ayqır (erkək at), sara (ay-moğulca) , saray (bütün ay), umay, humay (tale` qüşü), humayın, haray haray hay bəylər (sonayın gecələrində deyilən deyim).

"Sonay" gecələ rində iki şey qabarıq dir. birinci si "ayın-şayınlıq", ikinci si "əbədi tikrarlanan sevgi". Ayın-şayınlıq əkinçilər üçün anlamlı günlərdirlər. əkinlər yerdən götürülüb, zumar toplanıb, əkinçilər özlərini bir qatı qışa hazırlandırırlar. indiki yaşamda şəhərliləşmiş yerlərdə bu anlamı düşünmək çətin olur.

İkinci özəllik yanı əbədi tikrarlanan sevgi, indiki zamanda yaxşı alınır. Azərbaycanın ayın düşüncəli dəblərinin bir sıraları bu gündə yaşayır, bəzi dəbləri isə yadırqanıb dır. yadırqanmış dəblərin yadırqamaq nədəni Azərbaycan millətinin yaşam tərzlərinin çönməsidir. bu dönəmlər zamanı Azərbaycan düşüncəli kimsələrin basqı altında olması, qoruyub saxlayan dövlət yerinə, pozub dağıldan özgələşmiş dövlətin olması, Azərbaycan millətinin olan varlıqların çoxunu gözlərdən itirə bildi. onunla birgə dünyada olan ilətişim araclarının irəliləməsində üçüncü dünya adlanan ölkələrin dəyərlərini dəyişdirib, öz dünya görüşlərinə özgələşdirdilər. bizə gəldikdə üçüncü dünyada belə yerimiz olmadı. bu üzdən bir üçüncü dünyalı millət kimi də özümüzə yiyələnə bilmədik. Nasir Mənzuri sonayı yazmasaydı, bəlkə min illərdə yaranan ayın düşüncəmizin təməllərindən biri olan sonayı indiyə dək itirmişdik.

Bizim yaşda olanların çoxu dəblərlə oyunları görmüyüblər. bizdən öncəkiı nəslin adamları görsələr də, önəmsəməyiblər ( bir ənənə kimi baxıb yanından keçiblər ). özümüzə inamımızı itirdikdən sonra dünya görüşlü düşüncələri bir qırağa buraxıb, başqalarının dünya görüşlərinin yansıcıdısı olmuşuq.


Son illərdə bizim yerlərdə Valentayn günü adlanan bir sevgililər günü dünyanın hər yerinə tay, burda da gənclərin tərəfindən qutlanılır. "Sonay"-la "Valnetayn" sevgidə ortaq olduqlarına görə nəzərə gəlir bir-birlərinin yerinə otura bilərlər. daha doğrusu "sonay" dünyalaşmış "valentayn"-ın yerinə oturmaq qabliyyətində dir. bu iş Azərbaycan-da otura bilsə də başqa yerlərdə otura bilməyəcək. eyni halda Azərbaycan-da oturmağına bir dövlətin yardımı gərəkir.


Oxşar olayları sərgiləmək üçün bir-birlərindən faydalanmalıyıq. ancaq birini birinin yerinə qoymaq təpgi yaradar. "valentayn" günün yaxın illərdə buralarda yayılmağına baxmayaraq özünə özəl yer açıb. dünyalaşmış bir olaya çevrilib. sonayı dünyalaşdıran, bu qabiliyyətindən başqa bir qabiliyyəti də vardır. o da tikrarlanan əbədı doğa yapılı bir sevgi dir. əbədi bir sevgi də sevgililər heç zaman birbirlərinə yetişməyib sevgi heç zaman ölməz. əbədiləşib, hər zaman yaşar. "gün" ilə "ay" kimi. onların arasında olan sevgi bitirsə biz tanıdığımız yaşam, bitər. biz sonayı valntaynın yerinə yox bəlkə sonayı bir əbədi və tikralanan sevgi günü kimi dünyalaşdırmalıyıq.

Abbas Nəimi, Tehran. Sep.6.2011

bu yazı "Azərbaycan Günəşi" dərgisinin 57-58-ci sayısında yayımlanıb.

Wednesday, December 8, 2010

mən tanıdığım qaraçuxa


Mən Tanıdığım Qaraçuxa

Qavram‌ların çoxunu başa düٍşmək üçün, qavram‌ları iç elə‌mək gərkə‌li‌ dir. qavram‌ları yaşamamışdan düٍşünə bilmədiyimiz anlar olur. qavram‌lar çevrə‌ ilə ilgi‌ləndik‌də bizə çatır. insan özünü tanıdığından çevrə ilə ilgi‌lənir. ilgi‌lənən çağlarda qavram‌ları içə‌rir. qavram‌lar toplum‌larda da insanda yaranan kimi zaman boyu yoğrulub yaranırlar. toplum‌lar yaratdıq‌ları qavram‌ları nəsildən nəsilə çatdırırlar. ancaq bir toplumun yaşamında dönüş nüqtə‌si olan zaman‌lar da var. toplumun don dəyişən zamanların deyirəm. köçərilikdən oturmağa dönür. kəndlilikdən şəhərli‌yə dönür. ya da başqa toplum‌ların basqı‌sı altında qalır. bu dönəmlər bir toplum öz dəyərlərini saxlaya bilsə, gələ‌cək yaşam süٍrələrində hər bir nəyi yenidən tərif‌ləmək zorunda qalmaz. bu dönəm dəyişiklik‌ləri bir millətin yaradıcılıq ‌qaynağı sayıla bilər. hər bir millətin özünə ayid milli varlığı vardır. bu milli varlıq‌ları yaradan nəsnə‌lər dil, ayın düşüncə, dəb‌lər, keçmiş, inam, din, torpaq və . . . dırlar.

Azərbaycan millətinin dönüş dönəm‌ləri ardı-‌ardına gəldi. Millət yeni bir dönəmdə yerinə düٍşmə‌dən başqa dönəmə süٍrük‌ləndi. Deyə‌sən tarix Azərbaycanda min illərlə dayanmışdı. min il dayanan tarix birdən birə, göz qılpımın‌da keçildi. ona görə də bu dönəm dəyişik‌liklərdən nə‌ləri saxlayıb, nələri atıb, nə‌ləri yeni‌dən tərif‌ləmək‌lərinə imkan tapmadı. hər kim hər nə bilirdi elədi. Azərbaycanda yaradıcılq qaynağı olan yaşam dönüm‌ləri Azərbaycanın aydını özündən uzaq‌laşıb, dünya güٍndəmində olan siyasi düٍşüncə‌lərin ikinci dərəcə‌li yansıdı‌cı‌larına çevrildi. Azərbaycana heç nə qazanmadan Azərbaycanın milli varlıq‌larını unutmağa başladı.

Azərbaycanın dəyərli varlıq‌larından biri ayın-düٍşüncə‌si sayılır. Azərbaycanın ayın-düٍşüncə‌si özünü bu basqı‌larla görmə‌məzlik‌lərdən dilin gücü ilə saxlaya bildi. ayın‌-düٍşüncə‌mizdə yer alan çoxlu termin‌lər var. bu terminə‌lərdən nə qədər özlərini saxlaya bilə‌cək‌lər bəlli deyil.


Qaraçuxa ayın-‌düٍşüncə‌mizdə yeralan termin‌lərindən biri ‌dir. yadımda qalan " qaraçuxa " xalq mahnı‌larımızda ( ay qaraçuxa bozpapaq çıt‌paltarlı güٍl oğlan) oxunan qaraçuxa idi. o birləşik sözcüyü çözmək‌də onları bir - bir ayırıb, hərə‌sinin anlamın ayrı-ayrı bir yerə qoyub, beynimdə büٍtöv anlam oluşdururdum. qara çuxanı elə öyrəndiyim üçün çox fəxr eləyirdim. " Çuxa " çuxdan idi millətin ağzından çıxmışdı.


Qaraçuxaya fərqli baxmağım Nasir Mənzurinin " Qaraçuxa " rumanın‌dan qaynaqlandı. Qaraçuxa ana dilim‌də sayı az olan ruman‌ların birinin adı idi. qaraçuxanı oxuduğumda yadımda qalan kəndlərinə darıxan bir kişi‌ni qatardan kəndlərinə tək qaranlıq‌da getməyi idi. kəndə qatarla gedən kimsə, ilk olaraq qatar yolunun yanında yerləşən bir qəfə‌xana görür. sonra da qaranlıq‌da biri gəlib onla yolbir olur. keçmişdə beynində qalan bir karakter yolbirə verilir, sonra sürgündən, kəndin dağılmağından, öküzlərin hönkürməsindən, ilanların ölməyindən, ovsunçu, bir də qarqınmış bir kənddən söz gedilir. neçə dönə oxuyandan sonra qaraçuxanı başa düٍşmə‌dim desəm inanmazsiz, qaraçuxanın nə olduğunu deyirəm. yavaş-yavaş qaraçuxanı hər kəsdən soruşmağa başladım. mənə tay rumanı oxuyan‌ların damaq‌larında bir yaxşı yazı dadı varıdı. hər kəs mənə tay bir tərəfin başa düٍşmüşd, ancaq rumanı oxumuyan kimsə‌lərdən soruşduqda, çuxları keçmişdə qalmış dedikdə vaz keçirdilər. soruşulanların içində qaraçuxanı tanıy‌an‌lar da varıdı.


Qaraçuxa azərbaycanın çeşitli yerlərində necə görünürdü? görünürdü deyirəm ona görə ki yeni-yetmə‌lər büٍtünlüklə qaraçuxanı yadırqamışdılar. düٍzün soruşsan yadırqamamış‌dılar, qulaq‌larına dəymə‌mişdi, ömürlərində duymamışdılar( kəndə qindi vermh‌in şəhərli‌lər ). duyan‌lar da varıdı( kənədlilərdən). ancaq çoxları duymamış‌ olan‌lar kimi idilər( şəhərli‌lşmək istəyənlər, qubba-qubba çi ‌əst deyənlər). qaraçuxa qulaq‌larına dəymiş olsaydı da onu düٍnən‌lərdə qalan görüb, gələcək‌də gərək‌liyi olmadığını düٍşünürdülər (zəmi yox , əkin yox , torpaq yox).


Qaraçuxa rumanın sonralar oxuduqda da qaraçuxanı başa düٍşdüyümü inanırdım. mənim bu şansım varıdı qaraçuxa rumanını yazanı, yaxından tanıyırdım. daha doğrusu o öyrətmənim ‌idi, öyrdilən qonu da qaraçuxaya tay Azərbaycanın ayın-düٍşüncə‌si ilə dili idi. bunun‌la belə qaraçuxanı fərqli yerlərdən öyrənməyə çalışdım. öyrətmən‌lərim kənədlərdə olan yaşlı adam‌lar, kəndi yaşayan kimsə‌lər oldu. qaraçuxanı hər yerdə tanı‌yırdılar demək! təkcə tanımıyan mən idim. tanıy‌an‌lar qaraçuxadan aldıq‌larını deyirdirlər.


Sulduzda əkinçi‌lər qaraçuxanı ilan kimi görürdülər, zəmi‌lərində yuva salıb, yerin, torpağın, əkinin, əkinçi‌nin qaraçuxa‌sı olurdu. o əkin‌ləri hər nədən qoruyurdu. qaraçuxa rumanın‌da ilan‌ların birlikdə uçuruma getmək‌ləri deyilir, olmuya bu torpaq‌ların qaraçuxa‌ları birlikdə özlərini öldürüb‌lər? onu bilmə‌dim də soruşmadım da, onda elə baxmırdım.

Xoylular‌ qaraçuxanı insan‌ formasında insan özü olmuyan yerdə onun varlığından yiyə‌lənən kimi tan‌ıyırdılar. Xoyda tanınan qaraçuxa, qaraçuxası olan insanın öz gözünə görsənməz. qaraçuxada ilqar əmi ravi‌nin gözünə görsənir. ilqar əmi bir elin qaraçuxası‌dı demək. el sürgün düşəndən sonra da elin varlığını qoruyur. elin varlığını o dağ-dərə‌lər içində qoruyur. hər kəs getsə‌də o elin qaraçuxası oyaqdı demək.



Azərbaycanın başa-başında qaraçuxanı tanı‌yırdılar, mən qaraçuxanı elə bilirəm indi başa düٍşürəm, bilmirəm bəlkə artıq öyrəndikdə indikı bildi‌yimi bilmədiyim biləm.

Qaraçuxa rumanın‌da qaraçuxa hər kəsin gözünə görnsənməz kimi göstərilir. ancaq ravinin gözünə görsənir. ravi özünü eldən ayrılmış( sürgün düşmüş ), ancaq üٍrəyi elində qalan kimi tanıdır. bəlkə də ravi qaraçuxalığı boynuna götürür.

2010/oct/6

Abbas Naimi(abbas nəimi)



Friday, July 16, 2010

ikilik (dualism)

İkilik adamın yaranışından başlanıb. dünyada bir kişi, bir dişi ilə (adam, hava) başlanır. doğada hər nəyin eşini tapa bilirik. heç bir şey tək yaranmır. ikiliklər bir-birlərilə savaşmağa da başlayırlar. bu savaş habil lə qabildən başlanır. ekizlər ananın qarnında, tez dünyaya gəlmək üçün bir birilə savaşırlar. Dünyaya gəlmək üçün yeri gələndə ananın qarnın da yırtırlar.


Bu ikiliyi Asim Ərdəbili Azərbaycanlı şair belə təsvirə çəkib:
neynəmək qurqu bu cur dır
fələyin nəzmi əzəldən, olub əzdad ilə bağlı
qərəsiz ağlar olanmaz, dərəsiz dağlar olanmaz
gərək hər bir gözələ bir dənə çirkin də yaransın. (qanli səhər kitbi)

İki yönlülük dünyanın problemlərinin çözməyinə, yol verir. İki yönlülük iki işləmliyi(binary operator) araya gətirir. Bilim bu günkü gəlişməsində yavaş yavaş bu iki işləmliyi tanımağa başlıyır. iki yönlülük ayın düşüncənin təməli olaraq özünü bilim adamlarının üzünə çəkir.

Sunday, June 13, 2010

ayın düşüncənin özəllikləri

Ayın düşüncəni bəlləndirən özəlliklər:
Ikilik: ingilizcədə dualism adlanır, hər nəyin iki yönlüyün bildirir.
Tarixi: diachronic anlamında işlənir. bir kültür, dil arxasında tarix dayandığını bəlləndirir.
Eşzamanlıq: synchronik anlamında işlənilir, bir olayın(hadisənin) eyni zamanda üzverə biləcəyin bildirir
Qatmanlıq: complex liyə deyilir, bir hadisəni öyrənmək üçün onda olan qatmanlığı tapmalıyıq.

ayın düşüncə

Ayın düşüncə(mythical thought)

İnsanların zaman boyu mitlərə tapınıb onlardan alınan dünya görüşləri, yaşam tərzlərinə Ayın Düşüncə deyilir. doğadan alınan bilgilərə ayın düşüncə adlandırırlar. insan doğayla ilgiləndikdə onu tanıma başladığı zaman, hər bir şeyi, olayı komplex görür. hər kəs öz açısından olayları çözməyə başlıyır. bir olayın çeşitli yönlərin nəzərə alaraq fərqli yorumlarla yorulur. zaman boyunca fərqli donlar artırılır. ona görə də indi baxanda onları başa düşmək çox çətin olur. bəlkə də faydasız, gərəksiz bilək.
Azərbaycanda "ayın düşüncə" deyilyin nədəni Azərbaycanın mitolojisinin binövrəsini quran gizli ay dır.

Saturday, June 12, 2010

əslı-kərəm

Aslı-kərəm

Azərbaycan mərkəzli olaraq geniş yayılan bu əfsanə insanin yaranışın təsvirə çəkir. Aslı-kərəmin analarının necə boylu olmaqları, qızıl almanın iki yerə bölünüb iki ayilənin hayatın davamlandıran simbolu kimi rol oynadığı, onların qadağan, sonsuz, əbədi və yandırıcı sevgilərinin hikayəsidir. Aslı-kərəm xeyrlə şərin savaşıdır . Aslı-kərəmin çeşitli xalqaların içində çeşitli varyantları var. aslı-kərəm arasında yaranan sevgi əbədi və tikrarlanan bir sevgi dir. Aslı ilə kərəm bir-birlərinə yetişdikdə alovlanıb yanırlar. onkarın yandığı yerdən bir gül çıxır, iki çiçəyi olur, iki çiçək bir-birinə yetişdikdə yanırlar. bu sevgini biz günlə ay arasında da görürük. daha doğrusu bu mifdə yaranan görüş doğadan(təbiət) alınmışdır. Qara Məlik aslının atası şər karakterini daşıyır.

Wednesday, June 9, 2010

Dirsəxan oğlu Boğac

Dirsəxan oğlu Boğac
Bayındırxan Göyxanın oğlu hokm elir çadırları açalar, çadırlar 3 rəngdə açılır; ağ çadırlar oğlanarı olanlara, qırmızı çadırlar qızları olanlara, qara çadırlar da sonsuzlara. Qara çadırda yerləşənlərə də qara qoyunların ətlərindən şorba verilməli olur. Dirsəxan Bayındırxanın qonaqlığın qəbul eləmiyib arvadının yanına gəlir uşaqları olmadıqlarından gileylənir. Onların bir oğlan uşaqları olur, çox zorlumuş, boğanı kəlləsindən yapışıb dayandırıb, yerə vurmağına görə dədə qorqud ona boğac adı verir. Dədənin 40 döyüşçüsü varıdı. Boğac adlanan sonra ona gicikləri gəlib, boğacı dədənin gözündən salmaq istədilər. Ova çıxdıqda boğacın öldürmək planını dədə bilmədən töküb, boğacı vırdırdılar. Ana, boğac gəlmədikdə dalısıca düşüb, quzğunların bir yerə toplanan yerdən oğlunun yaralı tapıb, dədəyə demədən onu sağaldır. Dirsəxan oğlunun yaşamağını bilmir. Savaşçılar boğacın sağ olduğunu bildikdə qurğularının dirsəxana bilindiyindən qorxub, dirsəxana saldırıb, əl ayağını bağlıyıb şeytan ölkəsinə aparırlar. Boğac bildikdə, gedir dədəsini qurtarmağa, 40 savaşçı dədəni oğlun savaşına yolluyurlar, dədə öz oğlunun öldürməyin bildirməklə bir daha bir gəncin qanın axıtmağının nədəni olmamağın bildirir. Oğul onu eşitdikdə özünü tanıtdırıb evləri ilə atasının 40 xainin əlindən qurtarmağını söylüyür. atasını qurtarıb, dədəqorqud gəlib öyüt verir.